Kazımova Əsli Xanhüseyn qızı 11 aprel 1981-ci ildə Bakı şəhərində anadan olmuşdur.
2001-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetini fərqlənmə diplomu ilə bitirmişdir.
2001-2003-cü illərdə Azərbaycan Dövlət İqtisad Universitetinin magistrı olmuşdur.
2011-ci ildə namizədlik dissertasiyasını müdafiə etmişdir. İqtisad üzrə fəlsəfə doktorudur.
2004-cı ildən etibarən Azərbaycan Dövlət İqtisad Universitetində çalışır.
Hazırda “İqtisadiyyatın tənzimlənməsi” kafedrasının baş müəllimidir.
Makroiqtisadiyyatın müxtəlif problemlərinə aid olan 19-dan artıq elmi əsərin müəllifidir.